2025-ci ildə Gürcüstan turizm gəlirlərində yeni rekord
2025-ci ildə ən çox vəsait xərcləyən ziyarətçilər Rusiyadan olanlar olub – 697,3 milyon dollar
Xeber.ge xeber verir ki,
Gürcüstanda turizm sektoru pandemiya səbəbindən yaranan geriləmədən sonra 2021-ci ilin yayından etibarən bərpa olunmağa başlayıb. 2024-cü ildə turizmdən əldə olunan gəlirlər 2019-cu ilin rekord göstəricilərini 35,4% üstələyib. Həmçinin, Gürcüstan 2025-ci ildə turist səfərlərinin sayına görə də rekord qırıb.
Milli Bankın məlumatına əsasən, 2025-ci ildə turizmdən əldə olunan gəlirlər 2024-cü illə müqayisədə 5,98% artıb.