Tbilisidə ər-arvad liftə minərkən güllələnərək öldürülüb

Nov 11, 2026 - 21:29
 0  25
Tbilisidə ər-arvad liftə minərkən güllələnərək öldürülüb

“TV Pirveli”nin məlumatına görə, evə qayıdan ər-arvadı binanın girişində, liftə daxil olarkən iki maskalı şəxs qarşılayıb və odlu silahdan onlara atəş açıb.

XEBER.GE xeber  verir ki, telekanala verilən məlumata əsasən, ər-arvad “Saba” ticarət mərkəzində işləyirmiş.

Məlumata görə, ehtimal olunan cinayətkarlar hadisədən sonra ərazidən qaçıblar.

Xatırladaq ki, qanlı insident az əvvəl Didube rayonunda, Alman Hospitalının yaxınlığında yerləşən “Center Point” yaşayış binasında baş verib.