Batumidə əcnəbi vətəndaş saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Batumi şəhərində zorakılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan xarici ölkə vətəndaşını saxlayıb.
Xeber.ge xeber verir ki, saxlanılan şəxs - İ.K. bir neçə ağır maddə üzrə ittiham olunur.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Batumidə qarşılıqlı mübahisə zəminində 1987-cı il təvəllüdlü D.Q.-ya qarşı fiziki zorakılıq tətbiq edərək ona xəsarətlər yetirib.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxsin yaşadığı mənzilə baxış keçirilən zaman zorakılıq faktından əlavə qanunsuz narkotik fəaliyyəti də aşkar olunub.
Mənzildən külli miqdarda "marixuana" və dibçəklərdə yetişdirilən çətənə (kanapis) bitkiləri götürülüb.
Bundan əlavə, polis narkotik vasitələrin qablaşdırılması və satışı üçün nəzərdə tutulan xüsusi materialları maddi sübut kimi müsadirə edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (Zorakılıq), 260-cı (Narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması), 260-cı kvarta (Satışa köməklik) və 265-ci prima (Narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası) maddələri ilə cinayət işi başlanılıb.
Təqsirləndirilən şəxsi 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.