Batumi meri istefa verib

May 13, 2025 - 16:58
 0  12
Batumi meri istefa verib

Batumi şəhərinin meri Arçil Çikovani vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bu barədə məlumatı sosial şəbəkə vasitəsilə yayıb.

“Batumi meri vəzifəsindən istefa vermək qərarını qəbul etdim. Şəhərin rəhbəri olmaq həm böyük şərəf, həm də mühüm məsuliyyət idi. Batumililərə göstərdikləri etimad və dəstəyə görə təşəkkür edirəm. Eləcə də illər ərzində şəhərimizin rifahı naminə birgə çalışdığımız komandaya minnətdaram.

Xüsusi təşəkkürümü “Gürcü Arzusu”nun böyük ailəsinə bildirirəm və əlbəttə ki, bu komandanın sadiq üzvü olaraq qalacağam,” – deyə Çikovani bildirib.

mənbə: interpress