Tbilisi hava limanında sərnişinin baqajında 14 kiloqram narkotik vasitə aşkarlanıb

Tbilisi beynəlxalq hava limanında hüquq-mühafizə orqanları bir sərnişinin baqajında 14 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı məlumata görə, saxlanılan şəxs 2006-cı il təvəllüdlü Böyük Britaniya vətəndaşı B.Q.-dir.
Axtarış zamanı onun baqajından təxminən 12 kq “marixuana” və 2.068 kq “haşiş” maddəsi aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd olunan faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri – 260-cı və 262-ci maddələrinin ağırlaşdırılmış bəndləri ilə aparılır. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
mənbə: interpress