Gürcaanidə polis əməkdaşı güllələnib

May 13, 2025 - 16:53
 0  43
Gürcaanidə polis əməkdaşı güllələnib
: :
playing

Gürcaani bələdiyyəsində 40 yaşlarında kişi silahlı hücum nəticəsində yaralanıb.

Hadisə gecə saatlarında Çumlaq kəndi yaxınlığında baş verib.

Yaralıya bir neçə güllə yarası yetirilib. O, dərhal Gürcaani xəstəxanasına çatdırılıb və hazırda müalicə alır.

İlkin məlumata görə, yaralanan şəxs Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Hadisənin motivi hələlik məlum deyil.

İstintaq aparılır.

mənbə: interpress