Tbilisidə baş verən dava zamanı bir nəfər bıçaqlanıb – iki nəfər saxlanılıb

Jul 21, 2025 - 12:45
 0  22
Tbilisidə baş verən dava zamanı bir nəfər bıçaqlanıb – iki nəfər saxlanılıb
: :
playing

Tbilisidə avtomobil qəzasından sonra baş verən mübahisə fiziki qarşıdurmaya çevrilib və nəticədə bir nəfər bıçaqlanıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 Nazirliyin verdiyi məlumata görə, yaralı xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.

İlkin istintaqla müəyyən olunub ki, sərxoş vəziyyətdə olan 2001-ci il təvəllüdlü N.K. avtomobil idarə edərkən hərəkətin əks zolağına keçərək digər nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə yerində, həmin avtomobilin sərnişini – 1986-cı il təvəllüdlü A.M. ilə N.K. arasında sözlü mübahisə başlayıb və daha sonra fiziki qarşıdurma yaranıb.

Daha sonra N.K.-ya dəstək vermək məqsədilə onun sərxoş vəziyyətdə olan qardaşı – 2005-ci il təvəllüdlü L.K. mübahisəyə qarışıb və özü ilə gətirdiyi soyuq silahdan istifadə edərək A.M.-ni bıçaqlayıb.

Polis hadisədən dərhal sonra hərəkətə keçərək hər iki şəxsi – L.K.-nı qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə, N.K.-nı isə qrup şəklində zorakılıq törətməkdə ittiham edərək saxlayıb. Cinayətin törədilməsində istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 117-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 126-cı (zorakılıq) maddələri ilə davam etdirilir. Cinayət sübuta yetirilərsə, təqsirləndirilən şəxsləri 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

mənbə: interpress