ABŞ rəsmisi “Tramp marşrutu”nu müzakirə etmək üçün Gürcüstandadır

Nov 18, 2025 - 14:26
 0  10
ABŞ rəsmisi “Tramp marşrutu”nu müzakirə etmək üçün Gürcüstandadır

ABŞ Dövlət Departamentinin Baş müşaviri Conatan Askonas Gürcüstana səfər edib.

Bu barədə ABŞ-nın Gürcüstandakı səfirliyindən bildirilib.

“Bu gün səhər Askonas əsasən ABŞ-nın dəstəyi ilə inşa və təchiz edilmiş Sadaxlı gömrük-keçid məntəqəsinə baş çəkib. O, səfər çərçivəsində Gürcüstan Xarici İşlər Nazirliyi və hökuməti nümayəndələri, həmçinin beynəlxalq maliyyə təşkilatlarının təmsilçiləri ilə də görüşəcək”, - məlumatda deyilir.

Məlumata əsasən, Askonasın səfəri Gürcüstanın “Tramp marşrutu”nu necə dəstəkləyə biləcəyini müzakirə etmək məqsədi daşıyır.

mənbə: apa