Salome Zurabişvili konstitusiyanı heç tanımır
Biz irəliyə doğru çox addımlar atmışıq, çoxlu islahatlar həyata keçirilib və bütün bunları nə Zurabişvili, nə də qeyd olunan yürüşlər dayandıra bilməz.
"Biz irəliyə doğru çox addımlar atmışıq, çoxlu islahatlar həyata keçirilib və bütün bunları nə Zurabişvili, nə də qeyd olunan yürüşlər dayandıra bilməz. Nə qədər agent toplaşsa və ölkədə ikinci cəbhə açmaq istəyən xainlər olsa da, ölkədə əmin-amanlıq olacaq".
Bunu paytaxt meri Kaxa Kaladze Salome Zurabişvilinin bəyanatı ilə bağlı deyib.
Kaxa Kaladzenin sözlərinə görə, bu gün prezident komanda yoldaşı agentlər ilə birlikdə kənardan diktə edilən tapşırıqlarla məşğuldur.
"Hər kəsin öz fikri, çıxıb toplaşmaq hüququ var. Əvvəllər məhdudiyyətlər var idi və müxalif fikirləri boğmağa çalışırdılar. Bu gün söz və ifadə azadlığı var ki, bu da çox vacibdir. Bu gün ölkə demokratik şəkildə inkişaf edir və Ukraynada baş verənlər burada olmayacaq. Bizdə ölkədə əmin-amanlıq olacaq, ölkənin iqtisadi inkişafı və tərəqqisi baş verəcək”, - deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, Salome Zurabişvili ümumiyyətlə Konstitusiyanı tanımır, qanunları və Konstitusiyanı ayaqları altında tapdalayıb.
“O, qanunu və konstitusiyanı birinci qorumalıdır, baxmayaraq ki, dövlətçilik onun üçün heç bir əhəmiyyət kəsb etmir və cəmiyyət belə bir adama cavabını verəcək. Müxalifətlə təmsil olunan bu qüvvələr əslində agentdirlər, xarici tapşırıqları yerinə yetirirlər, adətən xəyanətkar hərəkətləri ilə diqqət çəkirlər və hər kəs öz əməllərinə görə cavab verməli olacaq”, – Kaxa Kaladze bildirib.
mənbə: interpress