Gürcüstanın daxili işlər naziri türk hərbi təyyarəsinin qəzaya uğradığı əraziyə getdi

Nov 11, 2025 - 21:02
 0  21
Gürcüstanın daxili işlər naziri  türk hərbi təyyarəsinin qəzaya uğradığı əraziyə getdi

Gürcüstanın daxili işlər naziri Geka Geladze və digər ölkə rəsmiləri Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin qəzaya uğradığı ərazidədir.

Naziri Kaxeti bölgəsinə səfərdə birinci müavin Roni Mesxi, Kaxeti vilayəti üzrə dövlət nümayəndəsi Giorgi Aladaşvili və nazirliyin müvafiq xidmət rəhbərləri müşayiət edirlər.

Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Qurumun məlumatına görə, axtarış-xilasetmə qrupları artıq hadisə yerindədir və Türkiyə tərəfi ilə əməkdaşlıq şəraitində istintaq hərəkətləri aparılır.

Hadisə ilə bağlı əlavə məlumatlar ictimaiyyətə təqdim ediləcək.

mənbə: publika