Rustavidə 14 yaşlı yeniyetmə market işçisini bıçaqlayıb
Gürcüstanın Rustavi şəhərində supermarketlərdən birində silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, müəssisənin məsləhətçisi olan 2003-cü il təvəllüdlü L.K. soyuq silahla xəsarət alıb.
Xeber.ge xeber verir ki,
Müəyyən edilib ki, saxlanılan 2010-cu il təvəllüdlü T.M. əvvəllər məhkum olunub və hazırda şərti cəza altındadır.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsinin birinci hissəsi (sağlamlığa qəsdən az ağır zərər vurma) ilə istintaq başladılıb. Bu maddə 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.