Marneuli-Sadaxlı yolunda avtomobil qəzası baş verdi

Aug 8, 2025 - 21:48
 0  82
Marneuli-Sadaxlı yolunda avtomobil qəzası baş verdi
: :
playing

Marneuli-Sadaxlı magistral yolunun Çereteli kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Mercedes-Benz markalı yük maşını ilə Toyota markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Məlumatlara görə, Mercedes-Benz ötmə əməliyyatı həyata keçirərkən Toyota markalı avtomobil Çereteli kəndi istiqamətində dönməyə çalışıb. Bu zaman baş verən toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı çökəkliyə düşüb.

Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.

mənbə: interpress