Sabaha olan hava proqnozu açıqlandı

Mayın 30-dan 31-nə qədər Gürcüstanın əksər bölgələrində qısamüddətli yağış gözlənilir – bəzi yerlərdə güclü, ildırım, dolu və küləyin güclənməsi mümkündür.
Bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda qeyd olunub.
Qurum bildirir ki, qısamüddətli güclü yağışlar Gürcüstanın kiçik çaylarında sel riskini, dağlıq ərazilərdə isə sürüşmə və palçıq axınlarının baş verməsini (təhlükə səviyyəsi orta) yarada bilər.
mənbə: interpress