Yeni dizaynlı elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb
Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi yeni nəsil, yenilənmiş dizaynlı elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb.
Xeber.ge xəbər verir ki,
“Qeyd edilməlidir ki, şəxsiyyəti təsdiq edən sənədin qiyməti eyni qalır, etibarlı vəsiqələrin sahibləri isə onları yenisi ilə əvəz etməyə məcbur deyillər.
Yenilənmiş elektron şəxsiyyət vəsiqəsində sahibinin barmaq izləri var. Həmçinin, üzərində skan edildikdə: sənədin nömrəsi və statusu, şəxsin qeydiyyat ünvanı, eləcə də sənəd sahibinin tələbi ilə onun tələbə və ya məhdud imkanlı şəxs statusu haqqında əlavə məlumat əldə etməyin mümkün olduğu QR kod var.
Maraqlanan şəxslər yeni ID kart üçün Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi
xidmətlərində, Ədliyyə Evinin filiallarında və mobil ədliyyə evlərində, eləcə də distant şəkildə,
Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin veb saytı – sda.gov.ge – vasitəsilə müraciəti edə bilərlər”
– Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumatında qeyd olunub