Tbilisidə baş verən quldurluq hadisəsi ilə bağlı üç nəfər saxlanılıb

Tbilisidə baş vermiş quldurluq faktı ilə bağlı üç nəfər polis tərəfindən saxlanılıb. Cinayət əməli 11 ildən 15 ilədək həbs cəzasını nəzərdə tutur.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində 2005-ci il təvəllüdlü S.A., 2006-cı il təvəllüdlü L.J. və eyni il təvəllüdlü D.A.-nı qrup şəklində törədilmiş quldurluq ittihamı ilə saxlayıblar.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər gecə saatlarında Tbilisidə qaz tapançasından istifadə edərək 2005-ci il təvəllüdlü xarici vətəndaş K.B.-yə hücum ediblər. Onlar silah nümayiş etdirərək və ölüm hədəsi ilə pul və digər əşyalar tələb ediblər.
Quldurluq nəticəsində kompüter avadanlıqları və digər bahalı əşyaları ələ keçirərək hadisə yerindən qaçıblar.
Polis tərəfindən keçirilmiş operativ tədbirlər nəticəsində S.A., L.J. və D.A. qısa müddətdə saxlanılıblar. İstintaq zamanı cinayətin törədilməsində istifadə edilən silah və oğurlanmış əşyalar maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə aparılır ki, bu da qrup halında törədilmiş quldurluğu nəzərdə tutur.
mənbə: interpress