Husilər "Ben Qurion" hava limanına hipersəsli ballistik raketlə hücum ediblər

Jul 6, 2025 - 14:54
Jul 6, 2025 - 15:29
 0  12
Husilər "Ben Qurion" hava limanına hipersəsli ballistik raketlə hücum ediblər

Yəməndəki “Ənsar Allah”  hərəkatı İsrailin Təl-Əviv şəhərində yerləşən Ben Qurion hava limanına hipersəsli ballistik raketlə zərbə endirdiyini açıqlayıb.

Xeber.ge xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Saria “Əl-Məsirə” telekanalına bildirib.

“Fələstin-2” adlı iki hipersəsli raketlə həyata keçirilən əməliyyat uğurla icra olunub və nəticədə hava limanının fəaliyyəti qısa müddətə dayandırılıb", - o qeyd edib.

mənbə: report