Xviça Kvaratsxeliya Fransada qarət edilib

Jun 9, 2025 - 11:10
 0  36
Xviça Kvaratsxeliya Fransada qarət edilib
: :
playing

Gürcüstan millisinin futbolçuları Xviça Kvaratsxeliya və Zuriko Davitaşvili Fransada qarət ediliblər.

Hər iki oyunçunun qızıl-zinət əşyaları, çantaları və saatları oğurlanıb.

Hadisə futbolçular ailələri ilə Kann şəhərində istirahət edərkən baş verib. İdmançıların özləri zərər görməyib.

Qeyd edək ki, Xviça Kvaratsxeliya 2024/2025 mövsümündə PSJ-nin heyətində Çempionlar Liqasının qalibi olub. Davitaşvilinin çıxış etdiyi "Sent-Etyen" isə ötən mövsüm Liqa 1-i 30 xalla 17-ci sırada tamamlayaraq aşağı dəstəyə yuvarlanıb.

mənbə: report