15 yaşlı oğlanı qonşusu bıçaqladı – reanimasiyadan ilk müsahibə-VİDEO

Jul 10, 2026 - 21:03
Jul 10, 2026 - 21:09
 0  10

Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı məktəbliTVPirveli”ə ilk dəfə müsahibə verib.

XEBER.GE xeber  verir ki, yeniyetmə bildirib ki, qonşusu olan kişi soyuq silahla bədəninin müxtəlif yerlərindən çoxsaylı xəsarətlər yetirib. Hadisəni xatırlamaq ona çətindir, amma münaqişənin səbəbini yaxşı xatırlayır.

15 yaşlı oğlanın sözlərinə görə, hazırda istintaq tərəfindən saxlanılan 26 yaşlı Giorgi Tsabutaşvili həyətdə uşaqların oynayıb səs-küy salmasından əsəbləşib. Əvvəlcə uşaqlara sözlə təhqir edib, sonra isə münaqişə fiziki qarşıdurmaya keçib və yeniyetməyə bıçaqla xəsarətlər yetirib.

Zərərçəkənin anası bildirib ki, hadisədə 26 yaşlı kişinin atası da iştirak edib. Onun sözlərinə görə, oğlu hücumçudan qaçmağa cəhd edərkən, ittiham olunanın atası onu saxlayıb və əllərini arxaya burub. Bundan sonra oğlu yeniyetməyə bıçaq zərbələri endirib.