Gürcüstandan Rusiyaya uçan təyyarə qəza enişi edib

Feb 3, 2025 - 11:08
 0  45
Gürcüstandan Rusiyaya uçan təyyarə qəza enişi edib

Gürcüstanın paytaxtı Tbilisidən Sankt-Peterburqa (Rusiya) uçan "Sukhoi Superjet 100" təyyarəsi Pulkovo hava limanında məcburi eniş edib.

Bu barədə "112" "Telegram" kanalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, ilkin səbəb mühərrikdə yaranan texniki problemlərdir. Təyyarə Rusiyanın "Azimut" aviaşirkətinə məxsusdur.

mənbə: oxu