Orbeliani meydanında gərginlik davam edir: etirazçılar baryerləri və oturacaqları yandırırlar
Hazırda etiraz aksiyasının bir hissəsi hələ də Tbilisidəki Orbeliani meydanında davam edir.
Aksiya iştirakçıları ərazidəki baryerləri və küçə inventarını, o cümlədən oturacaqları yandırıblar.
Hadisə yerində xüsusi təyinatlı polis qüvvələri yerləşdirilib. Etirazçılar “Sonadək! Sonadək!” şüarları səsləndirirlər.
Hazırkı məlumatlara görə, xüsusi təyinatlı qüvvələrlə etirazçılar arasında toqquşma qeydə alınmayıb.
mənbə: Intrepress.ge