Dayandırılmış sürücülük hüququnun bərpası ilə bağlı tarix dəyişdirilir
Dayandırılmış sürücülük hüququnun bərpası ilə bağlı tarix dəyişdirilir – sürücülük vəsiqəsi müvafiq hüquqpozmanı 2025-ci il 16 dekabradək törətmiş şəxslərə qaytarılacaq. Qeyd olunan tarix əvvəl 10 dekabr olaraq müəyyən edilmişdi.
Xeber.ge xəbər verir ki,
Bununla yanaşı, sürücülük hüququnun vaxtından əvvəl bərpası və vəsiqənin vaxtından əvvəl qaytarılması imkanı ləğv olunur.
Eyni zamanda, aşağıdakı inzibati xətaları törədən şəxslər sürücülük hüququnun vaxtından əvvəl bərpasından yararlana bilməyəcəklər:
– nəqliyyat vasitəsini idarə edərkən sürücünün narkotik, psixotrop və ya yeni psixoaktiv maddələrin təsiri altında olub-olmadığını müəyyən etmək üçün yoxlamadan yayınması;
– nəqliyyat vasitəsini alkoqollu içkinin təsiri altında idarə etmə və nəqliyyat vasitəsinin idarə olunması ilə bağlı digər ayrı-ayrı inzibati xətalar;
– yol-nəqliyyat hadisəsi yerini tərk etmə və ya polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinə tabe olmama.