"Rike bardaqları" ərazisində həlak olan gənclə bağlı yeni detallar

Tbilisidə "Rike bardaqları" yaxınlığında yeniyetmə həlak olub. Ərazi hələ də sarı polis lenti ilə mühasirəyə alınıb. Tbilisi meriyası bildirib ki, bura bələdiyyənin mülkiyyəti deyil, şəxsi ərazidir.
Hadisə bir neçə gün əvvəl, yanvarın 25-də baş versə də, mətbuata dünən, yanvarın 29-da məlum olub.
“Böyük borunun yanında rütubətli yer var. Oğlanların dediyinə görə o, arxa tərəfdən içəri
girdi. Gözlədilər. Bir müddət sonra onun qışqırtılarını eşitdilər. Ekstremal vəziyyətdə necə kömək edəcəklərini bilmirdilər.
Amfiteatr binasına yığılan suyun üstü beton kimi görünürmüş, onun üstünə çıxıb...
[Uşaqlar kömək edə bilmədi] gödəkçə islananda çox ağırlaşıb. Dalğıclar onu çıxarıblar”, - 16 yaşlı İoseb Adeişvilinin anası İrina Orolova “Mtavari” kanalına bildirib.
“Faciə özəl ərazidəki binada baş verib” deyən Tbilisi meriyası 16 yaşlı yeniyetmənin Rike Parkda açıq xəndəyə düşməsi ilə bağlı məlumatın düzgün olmadığını bildirib.
Daxili İşlər Nazirliyi yeniyetmənin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırmalara başlayıb.
mənbə: marneulifm