ABŞ səfirliyindən immiqrasiya vizaları ilə bağlı BƏYANAT

Jan 15, 2026 - 13:54
 0  17
ABŞ səfirliyindən immiqrasiya vizaları ilə bağlı BƏYANAT

ABŞ-ın Gürcüstandakı Səfirliyi Dövlət Departamentinin 75 ölkə üçün immiqrasiya vizalarının verilməsinin dayandırılması ilə bağlı bəyanatını yayıb.

Xeber.ge xəbər verir ki, Dövlət Departamenti yüksək riskli ölkələrdən gələn immiqrantların ABŞ-da sosial yardımlardan istifadə etməmələri və "ictimai yükə" (public charge) çevrilməmələri üçün bütün zəruri tədbirləri görür.

Sənəddə qeyd olunur: "Prezident Tramp birmənalı şəkildə bəyan edib ki, immiqrantlar maliyyə baxımından özünü təmin etməli və amerikalı vergi ödəyiciləri üçün maliyyə yükü yaratmamalıdırlar. Dövlət Departamenti yüksək riskli ölkələrdən gələn immiqrantların Birləşmiş Ştatlarda sosial yardımdan yararlanmamasını təmin etmək məqsədilə bütün siyasət, tənzimləmə və rəhbər sənədlərə yenidən baxır".