Kutaisidə patrul polisi və dostu həbs edildi
Kutaisidə yaşayan bir qadın patrul polisinin fəal əməkdaşı və onun dostunun fırıldaqçılıq qurbanı olduğunu iddia edir. "İnfo Imereti" nəşrinə danışan zərərçəkən qadın sosial şəbəkədə özünü biznesmen kimi təqdim edən bir kişi ilə tanış olduğunu və bu görüşlərdə həmin şəxsin patrul polisi olan dostunun da müntəzəm iştirak etdiyini bildirib.
XEBER.GE xəbər verir ki, qadının şəxsiyyəti öz xahişi ilə məxfi saxlanılır. Əldə olunan son məlumata görə, hər iki şəxs artıq polis tərəfindən saxlanılıb.
Zərərçəkənin sözlərinə görə, tanışlıqdan bir neçə həftə sonra həmin şəxslər ondan kömək məqsədilə pul istəyiblər:
Qadın onlara kömək etmək üçün banka qiymətli əşyalarını (qızıllarını) girov qoyub. 4 000 dolları bank hesabına köçürüb, 2 500 dolları isə 3 gün ərzində qaytarmaq şərti ilə nağd şəkildə təhvil verib.
Pul 3 günə qaytarılmadıqdan sonra fırıldaqçılar guya Rusiyadan adlarına pul köçürüldüyünü, lakin iki ölkə arasındakı gərginliyə görə gecikdiyini iddia ediblər. Qadın onlara inanaraq bu dəfə övladının adına kredit götürərək 30 000 lari də əlavə pul verib.
Müəyyən vaxt keçdikdən sonra qadın pullarını tələb edərkən vəziyyət gərginləşib:
"Pulumu tələb edəndə sevgilim kimi qələmə verən şəxs aqressivləşdi. 'Səsini kəs, yoxsa dişlərini tökərəm' deyə beni hələməyə başladı. Patrul əməkdaşı da bundan xəbərdar idi, lakin heç bir reaksiya vermirdi. Şikayət edəcəyimi dedikdən sonra polis mənə simvolik məbləğlər köçürməyə başladı, lakin bu, dənizdə damla idi," – deyə zərərçəkən qadın bildirib.
Zərərçəkən əsas məqsədinin dəymiş maddi ziyanın tam ödənilməsi və pullarının geri qaytarılması olduğunu vurğulayıb. Məlumata görə, cinayət əməlində şübhəli bilinən patrul polisi və onun dostu dünən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.