Polis əməkdaşı evinin yaxınlığında güllələnib
Tbilisinin Vedzisi ərazisində Tskneti polis idarəsinin əməkdaşı güllələnib.
Hüquq-mühafizə orqanının əməkdaşı dünən, gecə saatlarında evinin yaxınlığında odlu silahla vurulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah əldə etmə və saxlama (117 və 236) maddələri ilə istintaq davam etdirilir.
mənbə: interpress