Tbilisinin bir neçə bölgəsindən etiraz yürüşü başlayıb
Tbilisinin bir neçə yerindən tələbələr və müxalifət nümayəndələri parlamentə doğru yürüş edirlər.
“Dəyişiklik naminə Koalisiya” Vake parkından, “Güclü Gürcüstan”ın nümayəndələri isə Marcanişvili meydanından yürüş edir.
Həmçinin müxtəlif universitetlərin tələbələri müxtəlif yerlərdə toplaşıb və onlar da yürüş keçirirlər.
Onlar Rustaveli prospektində keçirilən müşahidəçilərin aksiyasına qatılacaqlar. Müşahidəçilər seçkilər zamanı aşkar olunmuş qanun pozuntularına dair sübutları bu gün aksiyaya toplaşanlara təqdim etməlidirlər.
mənbə: interpress