İran Hörmüz boğazında ABŞ-yə məxsus sualtı dronu ələ keçirib

Sep 9, 2026 - 11:23
 0  7
İran Hörmüz boğazında ABŞ-yə məxsus sualtı dronu ələ keçirib

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ-yə məxsus sualtı dronu ələ keçirdiyini açıqlayıb.

XEBER.GE xeber  verir ki, onlar “sübh çağı Hörmüz boğazının girişində ABŞ ordusunun ən müasir sualtı dronlarından birini ələ keçiriblər”.

Açıqlamada qeyd olunub: “Sualtı qayığın görüntüləri yaxın saatlarda yayımlanacaq”.

İran mediasının məlumatına görə, bu sualtı aparat “dəniz dibinin kəşfiyyatı və müşahidəsi, sualtı kabellərin və boru kəmərlərinin yoxlanılması, dəniz dibinin xəritələşdirilməsi və minaların aşkarlanması” missiyalarında istifadə olunur.

Müharibədən əvvəl dünya üzrə karbohidrogen daşımalarının beşdə birinin həyata keçirildiyi strateji Hörmüz boğazı fevralın 28-də İsrail və ABŞ-nin İrana zərbələri ilə başlayan müharibənin ilk günlərindən Tehranın nəzarəti altındadır. Buna cavab olaraq ABŞ İran limanlarına blokada tətbiq edir.

İran gəmilərin boğazdan keçməsi üçün icazə almasını tələb edir və müharibədən əvvəl mövcud olan sərbəst gəmiçilik rejiminə qayıdışın olmayacağını bildirir.

Tehran həmçinin boğazdan keçən gəmilərdən xidmət haqqı almağa çalışır. Bu tədbir Vaşinqton və regionun bir sıra ölkələri tərəfindən qəti şəkildə rədd edilir.

 mənbə: trend.az