Ozurqetidə külli miqdarda narkotik və qanunsuz silah-sursat aşkarlanıb

Oct 24, 2026 - 13:41
 0  5
Ozurqetidə külli miqdarda narkotik və qanunsuz silah-sursat aşkarlanıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Quriya Polis Departamentinin Ozurqeti Rayon İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, həmçinin odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi və saxlanılması ittihamları ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxsi saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərində, onun idarə etdiyi avtomobildə və yaşayış evində aparılan axtarışlar nəticəsində sübut kimi külli miqdarda narkotik vasitə, o cümlədən metadon və amfetamin aşkar edərək götürüblər.

Bundan əlavə, sübut kimi tapança, daraq və müxtəlif növ silahlar üçün nəzərdə tutulmuş patronlar da müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 236-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.