Zuqdidi rayonunda qanlı münaqişə: 73 yaşlı kişi bıçaqlanaraq öldürülüb
Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polisi Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qəsdən adam öldürməkdə ittiham olunan bir nəfər saxlanılıb.
Xeber.ge xeber verir ki,
İstintaqla müəyyən edilib ki, cari ilin aprelin 4-də Zuqdidi bələdiyyəsinin kəndlərindən birində təqsirləndirilən şəxs ilə 1953-cü il təvəllüdlü Z.N. arasında mübahisə yaranıb. Münaqişə zəminində M.M. soyuq silahla (bıçaqla) həmin şəxsə ağır xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Zərərçəkmiş aldığı yaralar nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının operativ tədbirləri nəticəsində şübhəli şəxs cinayətdən qısa müddət sonra "isti izlər"lə ələ keçib. Polisin apardığı axtarış zamanı cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (Qəsdən adam öldürmə) ilə istintaq aparılır.
Bu maddə üzrə saxlanılan şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.