Gürcüstanın ərazi bütövlüyünün dinc yolla bərpası ən vacib vəzifələrimizdəndir
Gürcüstanın ərazi bütövlüyünün dinc yolla bərpası ölkənin ən vacib milli vəzifələrindən biridir.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ayrı-ayrı siyasi şəxslərin bəyanatları bu məsələdə hökumətin mövqeyini dəyişə bilməz:
"Ərazi bütövlüyünün bərpası bizim ən vacib milli vəzifələrimizdən biridir və nə Baramidze, nə Qvaramiya, nə Berdzenişvili, nə də başqa heç kim, hansı əmr və ya tapşırıq alsalar da, bunu dəyişə bilməzlər", – deyə İ. Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, son dövrdə ayrı-ayrı şəxslərin bəyanatları ərazi bütövlüyünün bərpası məsələsinin arxa plana keçirilməsinə yönəlmiş yeni siyasi mövqenin formalaşdığını göstərir.
Kobaxidze bildirib ki, Gürcüstan hökuməti bu məsələyə dəyişməz mövqedən yanaşır və ərazi bütövlüyünün yalnız dinc yolla bərpasını prioritet hesab edir.