Polis əməkdaşlarına hücum zamanı üç nəfər bıçaqlandı

Daxili İşlər Nazirliyinin məlumatına görə, dünən, 15 iyul tarixində, Qori bələdiyyəsinin Xeltubani kəndində xidməti vəzifəsini yerinə yetirən Şida Kartli polis departamentinin əməkdaşlarına bir neçə vətəndaş hücum edib.
Nazirliyin açıqlamasında bildirilir ki, hücum nəticəsində polis əməkdaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Üç polis əməkdaşına isə soyuq silahla zərbələr endirilib. Hazırda hər üç polis əməkdaşı xəstəxanaya yerləşdirilib və onlara müvafiq tibbi yardım göstərilib.
Nazirliyin yaydığı məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü prim maddəsinin ikinci hissəsi ilə istintaq aparılır.
Açıqlamada deyilir:
"15 iyulda Qori bələdiyyəsinin Xeltubani kəndində xidməti vəzifəsini yerinə yetirən Şida Kartli Polis Departamentinin əməkdaşlarına bir neçə vətəndaş tərəfindən hücum edildi. Hücum nəticəsində polis əməkdaşları müxtəlif dərəcəli bədən xəsarətləri aldılar, üç polis əməkdaşı isə soyuq silahla yaralandı. Hazırda hər üç əməkdaş xəstəxanadadır və onlara tibbi yardım göstərilib.
Hücumdan əvvəl polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən bir avtomobili yoxlamaq məqsədilə saxladılar. Məlum oldu ki, avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan 2009-cu il təvəllüdlü S.S. idi. S.S. polis əməkdaşlarına müqavimət göstərdi. Mübahisəyə onun atası və digər qohumları da qoşuldular. Bu zaman S.S. və onun müşayiətində olan şəxslər polis əməkdaşlarına xəsarət yetirdilər.
Polis əməkdaşlarına qrup şəklində hücumda ittiham olunan 1979-cu il təvəllüdlü G.S., 2009-cu il təvəllüdlü S.S., 1989-cu il təvəllüdlü S.S., 1961-ci il təvəllüdlü V.S. və 1989-cu il təvəllüdlü M.A. isti izlərlə saxlanılıblar.
Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 353-cü prim maddəsinin ikinci hissəsi ilə aparılır.
Daxili İşlər Nazirliyi bəyan edir ki, polis əməkdaşlarına hücumun hər bir faktına ən sərt hüquqi reaksiya veriləcək."
mənbə: interpress