İstintaq Xidməti saxta pulun işə keçirilməsi faktı üzrə bir nəfəri saxlayıb

Feb 4, 2025 - 12:53
 0  14
İstintaq Xidməti saxta pulun işə keçirilməsi faktı üzrə bir nəfəri saxlayıb

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində saxta pulun işə keçirilməsi faktı üzrə bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs tərəfindən qanunsuz fayda əldə etmək məqsədilə Şida Kartli bölgəsində ümumilikdə 6500 ABŞ dolları həcmində saxta 41 ədəd 100 dollarlıq və 48 ədəd 50 dollarlıq əskinaslar işə keçirilib, əskinaslar istintaq hərəkətləri nəticəsində tam olaraq götürülüb.

Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır, bu da cəza olaraq 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Məlumatı İstintaq Xidmətinin mətbuat xidməti yayır.

mənbə: Interpress