Tbilisidə beşmərtəbəli binada partlayış baş verib-VİDEO

Nov 19, 2026 - 11:11
 0  10

Tbilisinin Kvemo Ponicala ərazisində partlayış baş verən binadan sakinlər təxliyə olunur.

XEBER.GE xeber  verir ki, yaralıların dəqiq sayı hələlik məlum deyil.

Lakin hadisə yerində olan “TV Pirveli”nin müxbirinin məlumatına görə, üç nəfərin xəsarət alması barədə məlumat yayılıb.

Partlayış bir qədər əvvəl Kvemo Ponicalada, “Korlar qəsəbəsi” adlanan ərazidə yerləşən beşmərtəbəli yaşayış binasında baş verib. Nəticədə binanın giriş hissəsi uçub.

Hadisə yerində yanğın-xilasetmə xidmətinin əməkdaşları işləyir. Onlar dağıntılar altından insanları çıxarırlar.

İlkin məlumata görə, təbii qaz yaşayış binasının beşinci mərtəbəsində partlayıb.