Gürcüstan Prezidenti Mixeil Kavelaşvili 59 məhkumu əfv edib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili "Ninooba" bayramı (Müqəddəs Nino günü) münasibətilə 59 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.
Xeber.ge xeber verir ki, əfv aktı 57 məhkuma şamil edilib, daha 2 nəfərin isə məhkumluğu tamamilə götürülüb.
Prezidentin mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunur: "Gürcüstan Prezidenti tərəfindən Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətdən istifadə edilməsi humanizm prinsipinə, eləcə də dövlət maraqlarına əsaslanır".