Xelvaçauridə ölümü ilə bağlı ilkin səbəb açıqlandı

Jan 27, 2026 - 21:54
Jan 27, 2026 - 22:03
 0  17
Xelvaçauridə ölümü ilə bağlı ilkin səbəb açıqlandı

Xeber.ge xeber  verir ki, ölənlər bacı və qardaşdır – 1972-ci il təvəllüdlü T.F. və 1970-ci il təvəllüdlü D.F. Daxili İşlər Nazirliyindən "Tabula" nəşrinə verilən ilkin məlumata görə, ölümə bədənin həddindən artıq soyuması (hipotermiya/donma) səbəb olub.

Faktla bağlı Acarıstan Polis Departamentində Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) ilə istintaq başladılıb. Nazirlikdən bildirilib ki, meyitlərin ilkin müayinəsi zamanı bədən üzərində hər hansı zorakılıq və ya qəsdən yetirilmiş xəsarət izləri aşkar edilməyib.

Hazırda ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.