Aİ-nin viza rejimi qərarı anti-Gürcüstan addımdır

Dec 17, 2024 - 14:32
 0  36
Aİ-nin viza rejimi qərarı anti-Gürcüstan addımdır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin diplomatik pasport sahibləri üçün viza rejiminin tətbiqi barədə ötən gün qəbul etdiyi qərarını anti-Gürcüstan addım adlandırıb.

Baş nazir bu barədə brifinqdə bildirib.

"Bu qərar gürcü cəmiyyətində Avropa strukturlarına olan etimadı sarsıdan anti-Gürcüstan addım kimi qiymətləndirilə bilər", - İ.Kobaxidze qeyd edib.

Baş nazir iclasda gürcü xalqının maraqlarını müdafiə edən Macarıstan, Slovakiya, İtaliya, İspaniya və Rumıniyanın xarici işlər nazirlərinə təşəkkür edib.

mənbə: report