Azərbaycanla heç bir gərginliyimiz yoxdur!

Sep 27, 2026 - 17:41
Sep 27, 2026 - 18:10
 0  11
Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
: :
playing

Gürcüstan ilə Azərbaycan hökumətləri arasında bütün məsələlər dostluq şəraitində müzakirə olunur və tərəflər arasında heç bir gərginlik yoxdur.

  Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Gürcüstan Patriarxlığının Azərbaycan ərazisində yerləşən Gürmük məbədi ilə bağlı bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyasına münasibət bildirən Baş nazir vurğulayıb: “Bizim heç bir gərginliyimiz yoxdur, Azərbaycan hökuməti ilə dostluq münasibətlərimiz mövcuddur. Dostluğa əsaslanaraq, bütün məsələləri çox asanlıqla müzakirə edə bilərik. Bütün məsələlər Gürcüstan və Azərbaycan hökumətləri arasında məhz bu cür dostluq rejimində nəzərdən keçirilir”.

mənbə: publika