Tbilisi məhkəməsi Gigi Avaliani işində altıncı şəxsi həbs edib

Jul 4, 2026 - 16:18
 0  10
Tbilisi məhkəməsi Gigi Avaliani işində altıncı şəxsi həbs edib

Məhkəmə ittiham tərəfinin fikri ilə razılaşdı ki, saxlanılan şəxs istintaqdan gizlənə və ya iş üzrə sübutları məhv edə bilər.

XEBER.GE xeber  verir ki, Tbilisi Şəhər Məhkəməsi Giorgi Malaniyanı — rezonans doğuran iş üzrə altıncı saxlanılan şəxsi - müəllim Gigi Avalianinin ölümü ilə bağlı cinayət işində həbs qətimkan tədbiri seçib.

27 yaşlı pedaqoq Gigi Avalianinin 2025-ci ilin payızında ölümü gürcü cəmiyyətini sarsıdıb.

1 oktyabrda yeniyetmələr qrupu tərəfindən başına ağır zərbə vurulduqdan sonra Avaliani üç həftə komada qalıb və 24 oktyabrda vəfat edib. Mərhumun anasının ictimai etirazından sonra və istintaq çərçivəsində beş nəfər azyaşlı, o cümlədən bir qız saxlanılıb.

Əvvəlcə Malaniya cinayət barədə məlumat verməməkdə ittiham olunub, lakin sonradan ittiham daha ağır maddəyə - “Ağır bədən xəsarətlərinin vurulmasına köməklik göstərmə” maddəsinə dəyişdirilib.

İstintaqın müəyyən etdiyinə görə, məhz Giorgi Malaniyanın köməyi ilə (o, vefat etmiş Avalianinin şagirdi idi) müəllimə hücum edənlər onun iş və ev ünvanlarını öyrənib, gün rejimini və hərəkət marşrutlarını öyrəniblər.

Məhkəmə həbs qətimkan tədbirini seçərkən ittiham tərəfinin fikri ilə razılaşdı ki, saxlanılan şəxs istintaqdan gizlənə və ya iş üzrə sübutları məhv edə bilər.

Saxlanılan Giorgi Malaniya keçmiş daxili işlər nazirinin müavini Merab Malaniyanın oğludur (2016–2019-cu illərdə vəzifədə olub). Təqsiri sübuta yetərsə, Malaniyaya 13 ilədək həbs cəzası təhdid olunur.

2026-cı ilin iyun ayının əvvəllərində Tbilisi Şəhər Məhkəməsi işin iki iştirakçısını- Demetre Çikovani və Ani Naskidaşvilini müəllim, tibb universiteti tələbəsi Gigi Avalianinin ölümü ilə bağlı iş üzrə müvafiq olaraq 13 və 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Prokurorluq Çikovanini Gigi Avalianiyə hücumun hazırlanmasında, Naskidaşvilini isə cinayət barədə məlumat verməməkdə ittiham edib. Yetkinlik yaşına çatmayanlar haqqında Məcəllə nəzərə alınaraq cəza 1/4 nisbətində azaldılıb. Beləliklə, Çikovani 9 il 9 ay, Naskidaşvili isə 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan əlavə, 1 iyunda məhkəməyə yalan ifadə verməyə görə daha bir azyaşlı 3 il həbs cəzasına məhkum olunub.

Mart ayında Çikovaniyə artıq beş epizod üzrə (o cümlədən Avaliani işi üzrə) ittiham hökmü çıxarılıb. O, qrup halında zorakılıq təşkil etməkdə və iştirak etməkdə təqsirli bilinib. Aprel ayında məhkəmə onu 9 il həbs cəzasına məhkum edib. Qanunvericiliyə əsasən müddət 6 il 9 aya endirilib.

Aprel ayında Çikovani ilə birlikdə işin əsas fiqurantları - Aleksandre Qabaşvili və Giorgi Rikadze də Avalianiyə qarşı qəsdən ağır bədən xəsarətləri yetirməkdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Gigi Avaliani işində zorakılığın səbəbi qısqanclıq olub. Əsas ittiham olunan şəxs Avalianiyə öz qızını qısqanıb, çünki qız onunla riyaziyyat dərsi keçirdi. Sonradan məlum oldu ki, ittiham olunanlar qrupu dövri olaraq azyaşlılara hücum edir və qrup halında zorakılıqda iştirak edirdi, Avaliani isə növbəti qurban oldu.