Gürcüstan məktəblərində ingilis dili ikinci sinifdən öyrəniləcək

Jul 4, 2026 - 16:26
 0  5
Gürcüstan məktəblərində ingilis dili ikinci sinifdən öyrəniləcək

Bu vaxtadək birinci sinif şagirdləri dövlət məktəblərində birinci xarici dil kimi ingilis dilini öyrənirdilər.

Gürcüstanın dövlət məktəblərində birinci sinif şagirdləri artıq xarici dil öyrənməyəcəklər,

XEBER.GE xeber  verir ki, bunu Təhsil Nazirliyinə istinadən bildirir.

2026/2027-ci tədris ilinə qədər dövlət məktəblərinin şagirdləri birinci xarici dili (ingilis dilini) birinci sinifdən, ikinci xarici dili isə (məktəbin seçimi ilə) altıncı sinifdən öyrənirdilər.

Təhsil Nazirliyinin qərarı ilə ingilis dilinin birinci xarici dil kimi öyrənilməsinə ikinci sinifdən başlanacaq. Bununla belə, onuncu sinifdə ingilis dili gücləndirilmiş proqramla tədris olunacaq və əlavə dərs saatları əlavə ediləcək.

Yeni təhsil sxeminə əsasən, Gürcüstanda şagirdlər 11 il oxuyacaqlar, üstəlik 12-ci əlavə il şagirdin öz arzusu ilə olacaq. Gürcüstanda natamam orta təhsil (10-cu sinfi bitirmək) peşə təhsili almağa (kollecə daxil olmağa) imkan verir.