Kaladzenin şərəfini təhqir edənlər cəzalandırıldı

Jul 4, 2026 - 15:02
 0  29
Kaladzenin şərəfini təhqir edənlər cəzalandırıldı

Gurcaani Rayon Məhkəməsi Tbilisi meri Kaxa Kaladzenin şərəf və ləyaqətini alçaldan, həmçinin “üçünsüz kobud və ədəbsiz ifadələr” işlədən Nodar Solomonishvili adlı vətəndaşı təqsirli bilib və 2000 lari cərimə kəsib.

XEBER.GE xeber  verir ki, istintaqın məlumatına görə, iş sosial şəbəkədə dərc olunmuş kommentə aid idi.

Məhz bu kommentdə Kaladzeye şərəf və ləyaqət təhqiri edilib.

Başqa bir qərarla Telavi Rayon Məhkəməsi Mamuka Kinkladzeye 500 lari cərimə tətbiq edib. Ona da sosial şəbəkədə ünvanlı olmadan təhqir və ədəbsiz ifadələr işlətməkdə ittiham verilib.

Hər iki iş üzrə sübutları Daxili İşlər Nazirliyinin Nifrət nitqinə qarşı mübarizə idarəsi təqdim edib.