"Sadaxlı" gömrük məntəqəsində qaçaqmalçılıq cəhdinin qarşısı alınıb
Ermənistan vətəndaşı "Sadaxlı" gömrük-keçid məntəqəsindən gömrük nəzarətindən gizli şəkildə, minik avtomobilinin yük yerində qaz balonunda quraşdırılmış gizli yer vasitəsilə gömrük dəyəri 44 892 lari olan dərmanlar keçirib .
XEBER.GE xeber verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.
"İstintaq Xidməti gömrük sərhədindən külli miqdarda dərman vasitələrinin qanunsuz keçirilməsi faktı üzrə bir nəfəri ifşa edib.
Azərbaycan Respublikası [Gürcüstan] Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində gömrük sərhədindən külli miqdarda malın qanunsuz keçirilməsi ilə əlaqədar qaydaların pozulması faktı üzrə bir nəfəri ifşa ediblər.
Operativ məlumat əsasında keçirilmiş tədbir nəticəsində müəyyən edilmişdir ki, Ermənistan Respublikasının vətəndaşı "Sadaxlı" gömrük-keçid məntəqəsindən gömrük nəzarətindən yan keçməklə, idarə etdiyi minik avtomobilinin yük yerində quraşdırılmış təbii qaz balonunda xüsusi düzəldilmiş gizli yerdən istifadə etməklə Gürcüstanın gömrük sərhədindən müxtəlif adlı dərman vasitələri keçirib və onların gömrük dəyəri 44 892 lari təşkil edib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə aparılır ki, bu da cəza qismində 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur", – deyə məlumatda qeyd olunur.