Batumidə tikinti şirkətinin rəhbərləri həbs olundu

Oct 2, 2026 - 11:47
 0  16
Batumidə tikinti şirkətinin rəhbərləri həbs olundu

Daxili İşlər Nazirliyinin bəyanatına görə, Batumidə külli miqdarda pul vəsaitini qrup halında, dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş iki nəfər saxlanılıb.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, Batumidə fəaliyyət göstərən tikinti şirkətinin rəhbərləri vətəndaşlara mənzillərin mülkiyyətə verilməsini vəd edib, müqabilində isə onlardan külli miqdarda pul alıblar.

Təqsirləndirilən şəxslər alıcılara mənzilləri mülkiyyətə qeydiyyata almayıblar və sahələri yalnız faktiki sahibliyə veriblər. Daha sonra, vətəndaşlar mənzilləri öz hesablarına təmir etdikdən sonra, təqsirləndirilən şəxslər həmin sahələri əlavə pul əldə etmək məqsədilə başqa şəxslərə satıblar.

Göstərilən cinayətkar sxemlə təqsirləndirilən şəxslər aldatma yolu ilə vətəndaşlara məxsus 190 502 ABŞ dolları və 42 600 lari məbləğində vəsaitə sahib olublar.

Polis hər iki şəxsi hakim qətnaməsi əsasında saxlayıb", – deyə bəyanatda qeyd olunur.

Onların məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır. Cinayət 9 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.