Tbilisi Məhkəməsində səs-küy – Saakaşvilinin tərəfdarları hakimə qarşı etiraz edir
Tbilisi Şəhər Məhkəməsində böyük məbləğdə dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ittihamı ilə keçmiş prezident Mixail Saakaşvili və Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teimuraz Canaşiya barəsində çıxarılan hökm etirazlarla qarşılanıb.
Saakaşvilinin tərəfdarları məhkəmə zalında hakim Badri Koçlamazashvilini “Bidzininin qulu” adlandıraraq ona qarşı şüarlar səsləndiriblər. Bu səbəbdən Zviad Kuprava məhkəmə zalından çıxarılıb.
Tbilisi Şəhər Məhkəməsi qərarı elan edərək, Mixail Saakaşvilini 9 il müddətinə azadlıqdan məhrum edib, Teimuraz Canaşiyanı isə 300 min lari məbləğində cərimələyib.
Prokurorluq hər iki şəxsi 9 milyon lari məbləğində dövlət vəsaitinin qrup halında mənimsənilməsi ilə ittiham edirdi.
Məhkəmə iclasında nə Mixail Saakaşvili, nə də Teimuraz Canaşiya iştirak edib. Hakim bildirib ki, Penitensiar Xidmət məhkəməyə sənəd təqdim edərək Saakaşvilinin iclasa məsafədən qoşulmaqdan imtina etdiyini və sağlamlığının yaxşılaşmasına qədər məhkəmənin təxirə salınmasını istədiyini qeyd edib.
mənbə: Interpress