Kvarelidə qəddari qətnin üstü açılıb

Sep 27, 2026 - 15:39
 0  6
Kvarelidə qəddari qətnin üstü açılıb
: :
playing

Kvareli bələdiyyəsində qoca qadının qətli törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

XEBER.GE xeber  verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayır.

İdarənin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs sentyabrın 21-də yaşayış evlərindən birinə gizli şəkildə daxil olub, qoca qadına küt əşya və soyuq silahla xəsarətlər yetirib, daha sonra isə izləri gizlətmək məqsədilə evə od vurub və hadisə yerindən yayınıb. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.

"Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə keçmişdə ağır cinayətə görə məhkum olunmuş və hazırda şərti məhkum altında olan şəxsi saxlayıblar.

İstintaqla müəyyən edilib ki, cari ilin sentyabrın 21-də təqsirləndirilən şəxs Kvareli bələdiyyəsində yerləşən yaşayış evlərindən birinə gizli şəkildə daxil olub. Küt əşya və soyuq silahdan istifadə etməklə kəndlisi olan qoca qadına xəsarətlər yetirib, izlərin gizlədilməsi məqsədilə cinayət yerinə od vurub və yayınıb. Aldığı xəsarətlərdən qoca qadın yerindəcə həlak olub.

Hüquq-mühafizəçilər həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən qismində saxlayıblar. Polis cinayət alətlərini maddi sübut kimi götürüb.

İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur", – deyə məlumatda qey olunur.