Tbilisidə Qazbegi prospektindəki restoranda yanğın baş verib-VİDEO
Tbilisin Qazbegi prospektində yanğın baş verib.
XEBER.GE xeber verir ki, "PrimeTime"ın verdiyi məlumata görə, yanğın prospektdə yerləşən restoranlardan birinin havalandırma (tüstü çəkən) sistemində qeydə alınıb.
Hadisə yerinə dərhal yanğınsöndürmə və xilasetmə briqadası cəlb olunub.