Bankın kassasına rəhbərlik edən şəxs 800 min lariyə yaxın vəsaiti mənimsəməkdə ittiham olunur

Nov 26, 2026 - 11:53
 0  11
Bankın kassasına rəhbərlik edən şəxs 800 min lariyə yaxın vəsaiti mənimsəməkdə ittiham olunur

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsi və Detektivlər Baş İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini vəzifə səlahiyyətlərindən istifadə edərək mənimsəməkdə ittiham olunan bir şəxsi saxlayıblar.

XEBER.GE xeber  verir ki, qurumun məlumatına görə, təqsirləndirilən şəxs kommersiya banklarından birində kassanın rəhbəri vəzifəsində çalışıb və 800 min lariyə yaxın vəsaiti şəxsi məqsədləri üçün istifadə edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək müxtəlif vaxtlarda banka məxsus ümumilikdə 800 min lariyə yaxın pulu qanunsuz olaraq mənimsəyib və şəxsi ehtiyaclarına xərcləyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kompleks istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxsi hakimin qərarı əsasında saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin ikinci və üçüncü hissələri ilə istintaq aparılır. Həmin maddələr 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.