Tbilisidə gənc kişi ölü tapılıb

Jul 22, 2026 - 00:15
 0  10
Tbilisidə gənc kişi ölü tapılıb

33 yaşlı Giorgi Tsxvitava Senaki bələdiyyəsinin Eki kəndinin sakini olub.

XEBER. GE xeber verir ki, kənd şokdadır. Həyat dolu bir gənc idi. Cənazəsi artıq Senakiyə gətirilib. Faciə iki gün əvvəl baş verib. Əvvəllər Avropada işləyirdi, son vaxtlar isə Tbilisidə. Zəhmətkeş bir oğlan idi...” – deyə mənbə bildirib.

Məlumatı “PrimeTime”a Eki inzibati ərazi vahidində merin nümayəndəsi İoseb Eliava da təsdiqləyib.

Faktla bağlı Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (intihara çatdırma) ilə istintaqa başlayıb.