DİN-in Xidmət Agentliyi məlumat yayır

Jul 21, 2026 - 22:56
Jul 21, 2026 - 23:01
 0  31
DİN-in Xidmət Agentliyi məlumat yayır

„Nəqliyyat vasitəsini idarəetmə hüququnun alınması üçün imtahan prosesinin yaxşılaşdırılması məqsədilə, iyulun 22-dən etibarən Rustavi, Telavi və Saçxeredə marşrutlarda dəyişikliklər ediləcək.

XEBER.GE xeber verir, Rustavidə — nəqliyyat vasitəsinin „B“ və „BE“ kateqoriyaları üzrə praktiki imtahanın ikinci mərhələsi üçün nəzərdə tutulmuş marşrutlardan beşi yeni marşrutlarla əvəz olunacaq;

Telavidə — nəqliyyat vasitəsinin „B“ və „BE“ kateqoriyaları üzrə praktiki imtahanın ikinci mərhələsi üçün nəzərdə tutulmuş marşrutlardan ikisi yeni marşrutlarla əvəz olunacaq.

Həmçinin, „C“ kateqoriyası və „C1“ / „D1“ alt kateqoriyaları üçün nəzərdə tutulmuş marşrut yeni marşrutla əvəz ediləcək.

Saçxeredə — nəqliyyat vasitəsinin „B“ və „BE“ kateqoriyaları üzrə praktiki imtahanın ikinci mərhələsi üçün nəzərdə tutulmuş marşrutlar tam şəkildə dörd yeni marşrutla əvəz olunacaq.

Marşrutlar haqqında məlumatı bu keçiddən əldə edə bilərsiniz — https://shorturl.at/mAkkE“.