Tbilisi–Bakı qatar reysləri bərpa olunur

May 18, 2026 - 17:10
May 18, 2026 - 17:16
 0  61
Tbilisi–Bakı qatar reysləri bərpa olunur

6 ildən sonra Tbilisi və Bakı arasında gündəlik sərnişin qatarlarının hərəkəti mayın 26-dan bərpa olunacaq .

Xeber.ge xeber verir ki, bu barədə Kobaxidze-Əliyev görüşündən sonra Hökumət Administrasiyasının yaydığı məlumatda deyilir.

Gürcüstan və Azərbaycan arasında sərnişin qatarlarının hərəkəti 2020-ci ildən dayandırılıb. Buna səbəb koronavirus infeksiyasının yayılması ilə bağlı tətbiq olunan karantin rejimi idi.

Kobaxidze Bakıda Dünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında iştirak edib və orada çıxış edib. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüb.