Tercolidə kişi atasını bıçaqlayaraq öldürüb, sonra evi yandırıb
Tercoli bələdiyyəsinin Sixtarva kəndində qətl hadisəsi baş verib. Bu barədə ilkin olaraq “İnfo İmereti” məlumat yayıb, daha sonra Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı açıqlama verib.
Qurumun məlumatına görə, təqsirləndirilən şəxs əvvəlcə yaşadığı evdə yanğın törədib, daha sonra isə soyuq silahdan istifadə edərək atasına xəsarət yetirib və hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində kişi hadisə yerində ölüb.
XEBER.GE xeber verir ki, DİN-in məlumatına əsasən, cinayəti törətməkdə şübhəli bilinən şəxs isti izlərlə saxlanılıb.
İstintaqla müəyyən edilib ki, Tercoli bələdiyyəsində məişət zəminində yaranan mübahisə zamanı təqsirləndirilən şəxs əvvəlcə yaşayış evində yanğın törədib, daha sonra bıçaqla atasına xəsarət yetirərək hadisə yerindən qaçıb.
Kişi aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat edib. Evdə baş verən yanğın isə çağırış əsasında hadisə yerinə gələn Fövqəladə Halların İdarəetmə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən vaxtında söndürülüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi Tercoli bələdiyyəsində isti izlərlə saxlayıblar. Cinayətdə istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 11 prima-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.